AZ

"Real Madrid" "Tottenhem"in müdafiəçisini transfer etmək istəyir

"Real Madrid" "Tottenhem"in müdafiəçisi Miki van de Venin transferində maraqlıdır.

Operativ Media xəbər verir ki, bu haqda "Fichajes" nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, "Tottenhem" 24 yaşlı niderlandlı üçün 80 milyon avro tələb etmək niyyətindədir.

Van de Ven 2024/25 mövsümündə bütün yarışlarda 22 oyunda 2 məhsuldar ötürmə edib. Onun müqaviləsi 30 iyun 2029-cu ilə qədərdir.

"Transfermarkt" portalı oyunçunun transfer dəyərini 50 milyon avro qiymətləndirir.

Seçilən
22
operativmedia.az

1Mənbələr