AZ

Beş tibb müəssisəsi yeni laboratoriya testləri ilə təmin olunacaq

Azərbaycanda 5 tibb müəssisəsi bir sıra müayinələrin istifadəsi üçün yeni laboratoriya testləri ilə təmin olunacaq.

E-saglam.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki İnnovasiya və Təchizat Mərkəzi bununla bağlı sifariş verib.

Sifarişdə klinik biokimya, hormon, seroloji, immunoloji və digər adda müayinələrinin istifadəsi üçün nəzərdə tutulmuş laboratoriya testləri öz əksini tapıb.

Mərkəz sözügedən satınalma ilə bağlı “Azəri Med” şirkəti ilə 8,5 milyon manat dəyərində müqavilə bağlayıb.

E-saglam.az

Seçilən
24
e-saglam.az

1Mənbələr