AZ

NATO: “Polşaya hücum olmayıb”

AzVision.az xəbər verir ki, mənbəyə istinad edən “Reuters” agentliyi belə məlumat yayıb.

“NATO təyyarələri ilk dəfə müttəfiqlərin hava məkanında potensial təhlükələrə hücum edib. NATO-nun “Patriot” hava hücumundan müdafiə sistemləri radar vasitəsi ilə PUA-ları aşkar edib, lakin onlara atəş açmayıb. Əməliyyatda Polşanın F-16 qırıcıları, Hollandiya F-35-ləri və İtaliyanın AWACS hava hücumu barədə erkən xəbərdarlıq təyyarələri iştirak edib”,- agentliyin həmsöhbəti deyib.

Bununla belə, o, yaşanan insidentin NATO tərəfindən Polşaya hücum kimi qəbul olunmadığını deyib

Polşanın baş naziri Donald Tusk, öz növbəsində,Rusiya pilotsuz təyyarələrinin ölkənin hava məkanına daxil olmasını“genişmiqyaslı təxribat”adlandırıb.

Rusiya Polşanın hava sərhədini pozub| VİDEO
Onun sözlərinə görə, Rusiya PUA-larının NATO ərazisi üzərində vurulması ilk dəfə deyil. Donald Tusk təhlükə yaradan bütün dronların vurulduğunuvə vəziyyətin nəzarət altında olduğunu diqqətə çatdırıb. İnsident nəticəsində ölən olmayıb.

Avropa İttifaqının Xarici İşlər və Təhülkəsizlik Siyasəti üzrə Ali nümayəndəsi Kaya Kallas isə, Rusiya PUA-larının bu gecə Polşa səmasına soxulmasını məqəsdyönlü addım adlandırıb.

- Yaşanan insident Rusiyanın Ukraynaya təcavüzünün başlamasından sonra Avropa hava məkanının ən ciddi şəkildə pozulmasıdır. Polşaya dronların daxil olması təsadüfi deyil, bunun qəsdən həyata keçirildiyinə dair sübutlar var”,- Avropa diplomatiyasının rəhbəri iddia edib.

Maraqlıdır ki, ABŞ prezidenti Donald Tramp hadisə ilə bağlı xəbəri şərh etmək istəməyib. Jurnalistlərin Rusiya PUA-larının Polşanın hava məkanını pozmasından xəbəri olub-olmaması ilə bağlı sualına Amerika lideri heç bir cavab verməyib.

Xatırladaq ki, bundan əvvəl Polşanın baş naziri Donald Tusk NATO-nun baş katibini Polşa səmasının “obyektlər” tərəfindən pozulması və onlara qarşı görülən tədbirlər barədə məlumatlandırdığını bildirib.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
4
50
azvision.az

10Mənbələr