Ukraynada qadınların səfərbərliyinə tam sürətlə hazırlıq gedir. Ukrayna Silahlı Qüvvələrinin briqadalarında komandirin gender bərabərliyi məsələləri üzrə müşavirləri vəzifəsi tətbiq edilir.
Herbiand.az bildirir ki, bu barədə Rusiya təhlükəsizlik qüvvələri məlumat verib.
“Ukrayna Silahlı Qüvvələrində şəxsi heyətin sayı sürətlə azalır, canlı qüvvə itkisi böyükdür, yeni könüllülər yoxdur və zorla səfərbər olunanların keyfiyyəti isə arzuolunan olaraq qalır. Buna görə də Ukraynada çoxdan qadınların səfərbər edilməsinə hazırlıq gedir. Briqadalarda artıq komandirlərin gender bərabərliyi məsələləri üzrə müşavir vəzifələri yaradılır”, - Rusiya təhlükəsizlik qüvvələrinin mənbəsi bildirib.
Mənbə qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin 22-ci əlahiddə mexanikləşdirilmiş briqadasında bu vəzifəyə Taras Şevçenko adına Kiyev Milli Universitetinin Hərbi İnstitutunun məzunu Darya Myaşkur təyin edilib. O, Ukrayna Silahlı Qüvvələrində beş illik xidmətdə artıq mayor rütbəsinə kimi yüksəlib.
Bəxtiyar CƏFƏRLİ