AZ

Üçuncü təklifi də rədd etdi - “Qarabağ”ın rəqibinin müdafiəçisi

“Liverpul”un müdafiəçisi İbrahima Konate karyerasını İngiltərədən kənarda davam etdirə bilər.

Fransalı futbolçunun mersisaydlılarla müqaviləsinin müddəti gələn yay başa çatacaq.

Sportinfo.az “Marca”-ya istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçi “Liverpul”un yeni sözləşmə ilə bağlı üçüncü təklifini də rədd edib.

Belə olan halda, mövsümün sonunda Konatenin azad agent kimi komandadan ayrılması real görünür. Onun xidmətində ən çox maraqlı olan klub “Real”dır. “Liverpul” isə bu ayrılığın qarşısını almaqda çətinlik çəkə bilər.

“Transfermarkt” portalı Konatenin bazar dəyərini 60 milyon avro qiymətləndirir. O, 2021-ci ildən “Liverpul”un heyətində çıxış edir.

“Liverpul” “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindən biridir.

Seçilən
9
1
sportinfo.az

2Mənbələr