AZ

FMG şəhid və qazi övladlarını sevindirib, məktəb ləvazimatları hədiyyə edib

Yeni tədris ili münasibətilə Facility Management Group şirkətinin kollektivi Vətən müharibəsi şəhidlərinin və qazilərinin birinci sinfə gedən övladları və onların ailələri ilə görüş keçirib.

Görüş zamanı 30-a yaxın məktəbliyə məktəb çantaları və müxtəlif məktəb ləvazimatları hədiyyə olunub.

Bundan əlavə, uşaqlar “Zefir Mall” alış-veriş və əyləncə mərkəzində xoş vaxt keçiriblər. Şəhid və qazi övladları onlara təqdim edilən hədiyyələri sevinclə qarşılayıblar.

Qeyd edək ki, Facility Management Group şirkətinin həyata keçirdiyi korporativ sosial məsuliyyət layihələri çərçivəsində şəhid ailələri və qazilərə dəstək göstərilməsi xüsusi önəm daşıyır.

Xatırladaq ki, Facility Management Group artıq səkkiz ildir ki, əmlak idarəçiliyi sahəsində fəaliyyət göstərir. Şirkət ofis və yaşayış binaları, biznes və ticarət mərkəzləri, eləcə də müxtəlif təyinatlı daşınmaz əmlakın idarə olunması sahəsində ölkənin aparıcı şirkətlərindən biri hesab olunur.

Seçilən
10
3
marja.az

4Mənbələr