AZ

“Mingəçevir” adını və loqosunu dəyişdi

Futbol üzrə Azərbaycan Birinci Liqasında mübarizə aparan komandalardan birinin – “Mingəçevir” klubunun adı və loqosu dəyişdirilib.

Arena.az xəbər verir ki, bu barədə bölgə klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, klub bundan sonra “ASTA Mingəçevir” adlanacaq. Klub yeni ada uyğun yeni loqosunu da təqdim edib.

Xatırladaq ki, Birinci Liqada 2025/2026-cı illər mövsümünə sabah – sentyabrın 11-də start veriləcək. “ASTA Mingəçevir” ilk oyununu sentyabrın 12-də səfərdə “Səbail”ə qarşı keçirəcək.

error: Məzmun qorunur!
Seçilən
11
4
arena.az

10Mənbələr