Vətəninfo.az xəbər verir ki, Böyük Britaniya hökuməti, Ukrayna ordusuna hərbi avadanlıq almaq məqsədilə IFU (Beynəlxalq Ukrayna Fondu) vasitəsilə 2 milyard funt sterlinq ayıracağını açıqlayıb.
Böyük Britaniya hökumətinin rəsmi açıqlamasına görə, bu məbləğ artıq Ukrayna ordusuna prioritet hərbi avadanlıqların alınması üçün IFU fondu vasitəsilə ayrılıb.
İnternational Fund for Ukraine (IFU), Böyük Britaniya Müdafiə Nazirliyi tərəfindən idarə olunur və Ukrayna ordusunun ehtiyacları üçün silah və avadanlıq alışı həyata keçirir. Bu fond, Böyük Britaniya, Avstraliya, Kanada, Danimarka, Almaniya, İslamandiya, Litva, Niderlandlar, Norveç, Yeni Zelandiya, Portuqaliya və İsveç hökumətlərinin ayırdığı vəsaitlə işləyir.
Bununla yanaşı, IFU fondu vasitəsilə ABŞ istehsalı olan yeni kamikadze pilotsuz uçuş aparatları Altius 600M və Altius 700M alınıb. Fond həmçinin Ukrayna üçün hava hücumundan müdafiə sistemləri, radar stansiyaları və radioelektron mübarizə sistemlərinin alınmasını maliyyələşdirir.
Yayılan məlumatlara görə, Böyük Britaniya hökuməti, Ukrayna ordusuna Rusiya qoşunlarına qarşı mübarizə aparmaq üçün ümumilikdə 4,5 milyard funt sterlinq məbləğində hərbi yardım ayırıb.