AZ

Yol polisi dayanma-durma qaydalarının pozulması ilə bağlı sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

Bu barədə "İki sahil"ə İdarədən məlumat verilib.

Bildirilib ki, paytaxtda və respublikanın müxtəlif bölgələrində nəqliyyat vasitələrinin sayı artır və yol hərəkətində intizamın qorunması, hər bir sürücünün qaydalara əməl etməsi daha da vacib əhəmiyyət kəsb edir:

"Parklanma və dayanma-durma qaydalarına riayət olunmaması problemlərə səbəb olur və bunun nəticəsində hərəkət zolaqları iflic olur,  digər sürücülərin manevr imkanları məhdudlaşdırılır, nəqliyyat axını ləngiyir və sıxlıq yaranır yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır.

Bunun qarşısını almaq üçün sürücülərdən xahiş edilir ki, avtomobillərini yalnız nəzərdə tutulmuş dayanacaq və parklanma yerlərində saxlamalı, qısa müddətli dayanma zamanı belə digər nəqliyyat vasitələrinin və ictimai nəqliyyatın hərəkətinə maneə yaratmamalıdır".

Baş Dövlət Yol Polisi bir daha bütün sürücülərə müraciət edərək bildirir ki, parklanma və dayanma-durma qaydalarına ciddi şəkildə əməl olunmalı, yol hərəkətində intizamı qorumalı, tıxacların və qəzalara səbəb ola biləcək halların yaranmasına imkan verməməlidir.

Seçilən
22
17
ikisahil.az

10Mənbələr