AZ

İspaniyada uşaqları siqaret çəkən valideynlər cərimələnəcəklər | VİDEO

İspaniya mətbuatının rəsmi mənbələrə istinadən yaydığıxəbərəgörə, qanun layihəsində həmçinin terraslarda tütün istehlakına, yetkinlik yaşına çatmayanların siqaret çəkmələrinə qadağa qoyulması, eyni zamanda, elektron siqaretlərdən istifadənin məhdudlaşdırılması nəzərdə tutulur. Ölkənin Nazirlər Kabineti tərəfindən bəyənilən layihə səsverməyə çıxarılması üçün parlamentə göndərilib.

Qanun qüvvəyə minərsə, İspaniyada yetkinlik yaşına çatmayanların siqaret istehlakına ilk dəfə qadağa qoyulacaq. Övladlarının siqaret çəkmələrinə qarşı çıxmayan valideynləri də 100 avroyadək cərimə gözləyir.

Avropa İttifaqının bütün ölkələrindəki kimi İspaniyada da 18 yaşından kiçiklərə siqaret satışı yasaqlansa da, bu ölkədəuşaqların siqaret çəkmələrinə qarşı indiyədək hər hansı hüquqi tənzimləmə nəzərdə tutulmamışdı.

"İspaniyada tütünə qarşı mübarizənin yeni mərhələsi başlayıb. Ölkəmizdə 2005-ci ildə qapalı məkanlarda, 2010-cu ildə isə bar və restoranlarda siqaret çəkməyə qadağa qoyulub. Hazırda isə dövran dəyişib, yeni qanun dəyişiklikləri zərurəti yaranıb, yeni ictimai sağlamlıq ehtiyacları meydana gəlib. Tütün səbəbi ilə hər gün 140, hər ildə isə 50 min insan həyatını itirir. Xərçəng xəstəliyi faktlarının 30%-i siqaretdən irəli gələn risk faktorları ilə əlaqədardır",- səhiyyə naziri Monika Qarsiya mətbuata açıqlamasında söyləyib.

Statistikaya əsasən, İspaniyada keçən il satılan siqaret qutusu sayı qapalı məkanlarda siqaret istehlakının yasaqlandığı qanunun qüvvəyə mindiyi 2005-ci illə müqayisədə 53,8% azalaraq2 milyard 143 milyona düşüb.

Firudin Həmidli
AzVision.az
Seçilən
43
azvision.az

1Mənbələr