Azərbaycanda sentyabrın 11-də Bakı və rayonlarda yağış yağacağı gözlənilir.
Bu barədə Publika.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimal olunur. Güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 19-23, gündüz 25-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % təşkil edəcək.