AZ

Azərbaycan nefti bahalaşıb

İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,39 ABŞ dolları və ya 0,57% artaraq, 68,70 dollar/barel təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,39 dollar və ya 0,58% bahalaşaraq 67,23 dollar təşkil edib. URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,5 dollar və ya 0,9% artaraq, 55,84 dollar/barelə bərabər olub. Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,28 dollar və ya 0,42% artaraq 66,70 dollar/barel təşkil edib. Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.
Seçilən
19
49
7news.az

10Mənbələr