AZ

Füzuli və Xocavənddə yanğın törədən şəxslər məsuliyyətə cəlb olunublar

Füzuli rayonunun Əhmədalılar və Xocavənd rayonun Qırmızı Bazar qəsəbəsinin ərazisində yanğın törədən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.

Bu barədə Far.Az-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, araşdırmalarla yanğını müvafiq olaraq 1964-cü il təvəllüdlü Süleyman Məmmədov və 2001-ci il təvəllüdlü Kənan Abdullayevin törətdikləri müəyyən olunub. Hər iki hadisə nəticəsində 1 hektardan artıq ərazidə quru ot sahəsi yanıb.

Onların barəsində inzibati qanunvericiliyə uyğun 400 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub.

Seçilən
25
37
far.az

10Mənbələr