Bakı bulvarında yeni attraksionlar quraşdırılır.
Paralel.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Dənizkənarı Bulvar İdarəsindən Paralel.az -ın sorğusuna cavab olaraq bildirilib ki, artıq ərazidə yeni attraksionların quraşdırılması işləri yekunlaşmaq üzrədir:
"Hazırlıq prosesinin "Formula 1" yarışlarından sonra tamamlanaraq attraksionların istifadəyə verilməsi nəzərdə tutulur. Yeni əyləncə qurğuları müasir tələblərə uyğun və tam yeni tərtibatdadır”, - açıqlamada deyilir.
Billurə