“Qala Həyat” Sığortanın səhmdarlarının ümumi yığıncağı keçiriləcək
Oktyabrın 13-ü, saat 16:00-da Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 5a ünvanında yerləşən ofisində “Qala Həyat” Sığorta Şirkəti ASC-nin səhmdarlarının Ümumi Yığıncağının iclası keçiriləcək.
Demokrat.az xəbər verir ki, iclasın gündəliyinə iki əsas məsələ daxil edilib:
1. Şirkətin 2025–2027-ci illər üçün strateji planının icrasının 2025-ci ilin ilk 9 ayı üzrə nəticələrinin müzakirəsi;
2. İclasda iştirak edən səsvermə hüququna malik səhmdarların yekdil razılığı ilə digər məsələlərin nəzərdən keçirilməsi.
Qeyd edək ki, yığıncaqda qərarların qəbul olunması səhmdarların iştirakı ilə həyata keçiriləcək.
Demokrat.az