AZ

Əsgərə şiddət göstərən komandirə cəza veriləcəkmi? AÇIQLAMA

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

"Görüntülərin nə qədər həqiqətə uyğun olub-olmadığını deyə bilmirəm. Əgər doğrudursa, kimliyindən asılı olmayaraq bu məsələ araşdırılmalı, təhqiqat aparılmalıdır. Qarşılıqlı münasibət pozulubsa, qərar verilməlidir ki, cinayət işi başlanılsın və materiallar Hərbi Prokurorluğa göndərilsin".Bu sözləri Demokrat.az-a açıqlamasında hərbi məsələlər üzrə ekspert Rövşən Məhərrəmov deyib. O bildirib ki, son zamanlar ordumuzda belə hallara rast gəlməmişik:"Əgər bu fakt doğrudursa, ümid edirəm ki, komandanlıq dərhal reaksiya verəcək və ola bilər ki, artıq reaksiya verilib. Bu başqa cür ola bilməz. Hətta, əsgərlə komandir münasibəti yox, əsgərlə əsgər münasibəti olsa belə, bu kimi hallar mütləq şəkildə cinayət faktı kimi qiymətləndirilir və məsuliyyətə cəlb olunur".Ekspert deyib ki, bu, nizamnamə qaydasının kobud surətdə pozulması deməkdir: "Orduda nizamnaməyə əməl olunur və nizamnamələrdə belə hallara yer yoxdur. Ona görə bu cəza növü mütləq həyata keçiriləcək".Qeyd edək ki, sosial şəbəkələrdə "N" saylı hərbi hissədə komandirin əsgəri döyməsi ilə bağlı görüntülər yayılıb.Əfsanə Kamal

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
39
1
demokrat.az

2Mənbələr