AZ

Avstraliya sualtı hücum dronlarına 1,7 milyard dollar xərcləyəcək

Avstraliyanın müdafiə naziri Riçard Marles bildirib ki, ölkəsi onlarla yerli istehsal edilmiş sualtı hücum dronlarının yaradılmasına 1,7 milyard Avstraliya dolları (1,1 milyard ABŞ dolları) xərcləyəcək.

Herbiand.az bu barədə Associated Press agentliyinə istinadən xəbər verir.

Marlesin sözlərinə görə, az görünən uzun mənzilli “Ghost Sharks”-dan birincisi gələn ilin yanvar ayında Kral Avstraliya Hərbi Dəniz Qüvvələrinə təhvil veriləcək. Bununla bağlı Sidneydə yerləşən “Anduril Avstraliya” şirkəti ilə ilə beş illik müqavilə imzalanıb.

Müdafiə naziri qeyd edib ki, iri avtonom sualtı maşınlar Avstraliyanın sualtı döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq və Amerika nüvə texnologiyası ilə təchiz edilmiş sualtı qayıqlar parkını tamamlayacaq.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
26
herbiand.az

1Mənbələr