AZ

Böyük Britaniyada ilk “superuniversitet” yaradılacaq

ain.az, Azertag portalına istinadən məlumat yayır.

London, 10 sentyabr, AZƏRTAC

Böyük Britaniyada ilk dəfə bütün bir regionu əhatə edən “superuniversitet” yaradılacaq.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, bu, Kent və Qrinviç universitetlərinin birləşməsi nəticəsində baş tutacaq. Yeni ali təhsil müəssisəsi London və Cənub-Şərq Universitetlər Qrupu adlandırılacaq və 2026-cı ilin payızında başlayan akademik ildən etibarən vahid rektorluqla fəaliyyət göstərəcək.

İngiltərənin ali təhsil tənzimləyicisi olan Tələbələr üzrə Ofis (OfS) bu addımı alqışlayıb və qeyd edib ki, iqtisadi çətinliklərlə üzləşən digər universitetlər də oxşar variantları nəzərdən keçirə bilərlər. Hazırda İngiltərədəki universitetlərin təxminən 40 faizinin maliyyə kəsiri ilə üzləşdiyi bildirilir.

Böyük Britaniyanın Təhsil Nazirliyi isə açıqlamasında nazirlərin bu kimi innovativ yanaşmaları dəstəklədiyini vurğulayıb. Yeni universitet mövcud kampuslarda fəaliyyətini davam etdirəcək. Artıq Medvey şəhərində hər iki universitetin tələbələri kitabxana da daxil olmaqla bir sıra obyektlərdən birgə istifadə edirlər.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
56
4
azertag.az

5Mənbələr