AZ

Rəşad Məcid: “Kimsə insanlar arasında bölücülük, nifaq yaradırsa…”

ain.az bildirir, Azxeber.com saytına əsaslanaraq.

"Son günlər sosial şəbəkələrdə məcburi köçkünlərin doğma yurdlarına qayıdışı ilə bağlı aparılan müzakirələr hiddət və qəzəb dalğasına çevrilib".

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Mətbuat Şurasının sədri Rəşad Məcid deyib.

O, Mətbuat Şurasının məsələni diqqətdə saxladığını və bununla bağlı profilaktik söhbətlər apardığını açıqlayıb.

""Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”na əsasən, insanları dininə, dilinə, irqinə və yaşadığı yerə görə fərqləndirmək yolverilməzdir. Media nümayəndələri təqdimatlarında həssas olmalı, cəmiyyətdə bölücülüyə yol aça biləcək ifadələrdən çəkinməlidirlər.

MŞ sədri həmçinin qeyd edib ki, bəzi sosial şəbəkələrdə, xüsusilə "TikTok” platformasında məqsədli şəkildə təxribat xarakterli paylaşımlar edilir:

"Belə qüvvələr fürsət düşən kimi 44 günlük müharibədəki Zəfərimizi kiçiltməyə, xalqımızı ‘xırda toplum’ kimi təqdim etməyə çalışırlar”.

Qurum media təmsilçilərinə və informasiya yayıcılarına çağırış edərək, ictimaiyyətə ünvanladıqları hər sözə məsuliyyətlə yanaşmalarını xatırladıb. MŞ-nin mövqeyinə görə, bu məsuliyyət ölkənin firavanlığı, dinc birgə yaşam qaydalarının qorunması və Vətənin inkişafı baxımından son dərəcə vacibdir.

Eyni zamanda Rəşad Məcid diqqətə çatdırıb ki, insanlarımız arasında nifaq və bölücülük yaradan çıxışlar yalnız ictimai yox, hüquqi müstəvidə də qiymətləndirilə bilər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
3
azxeber.com

6Mənbələr