Hurriyyet.az xəbər verir ki, Fransada etirazçılar avtomagistralların qarşısını kəsiblər. Onlarla etirazçı saxlanılıb.
Çərşənbə günü səhər Fransada yeni başlanan "Hər şeyi blokla" hərəkatının iştirakçıları kütləvi etiraz aksiyaları keçirərək, ölkə boyu magistral yollarda nəqliyyatın hərəkətini dayandırıblar.
Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkənin müxtəlif bölgələrində onlarla insan, o cümlədən Parisdə 75 nəfər saxlanılıb. Daxili işlər naziri Bruno Retaillo asayişi qorumaq üçün ölkə boyunca 80 min təhlükəsizlik işçisinin cəlb edildiyini bildirib. Onlardan 6 min nəfəri Parisdə yerləşdirilib.
Bordo, Marsel, Monpelye, Nant, Lion və digər şəhərlərdə nəqliyyatın hərəkətində böyük fasilələr qeydə alınıb.
Fransa mediası etirazlarda 100 minə qədər insanın iştirak edə biləcəyini qeyd edib.
Etirazlar siyasi böhran fonunda keçirilir: parlament Baş nazir Fransua Bayruya etimadsızlıq səsverməsi keçirdikdən sonra Prezident Emmanuel Makron Sebastien Lecornunu yeni hökumət başçısı təyin edib - o, son iki ildə beşinci Baş nazirdir. Müxalifət partiyaları artıq etimadsızlıq səsverməsi hazırlamağa başlayıb.
Xatırladaq ki, Fransanın solçu "Yenilməz Fransa" (LFI) Partiyası hazırkı prezident Emmanuel Makrona qarşı impiçment proseduruna başlamağı qərara alıb.
Hürr Tərcüman