AZ

Azərbaycanda iki ildən sonra süni yağış texnologiyasından istifadə ediləcək

Bakı. Trend:

Növbəti iki il ərzində Azərbaycanda süni yağış texnologiyasındanistifadə edilməsi nəzərdə tutulur.

Bu barədə TrendBakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi vəKonfransının - “Baku Water Week”in (Bakı Su Həftəsi) açılışıçərçivəsində məlumat əldə edib.

Belə ki, ölkədə hazırda süni yağış texnologiyasının inkişafı iləbağlı tədqiqatlar aparılır. Bu ilin sonunadək bu texnologiyanıntexniki iqtisadi əsaslandırma və layihə sənədlərinin hazırlanmasıişləri başa çatdırılacaq.

2026-cı ildə müvafiq sahədə pilot layihə keçiriləcək və ərazilərmüəyyənləşdiriləcək.

Bu işlər başa çatdırıldıqdan sonra 2027-ci ildə Azərbaycandasüni yağış texnologiyası ilə bağlı 1 pilot layihə icraediləcək.

Seçilən
66
2
az.trend.az

4Mənbələr