ain.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
AzVision.az xəbər verir ki, Polşanın baş naziri Donald Tusk belə açıqlama səsləndirib. “İlk dəfədir ki, bu dronların bəziləri birbaşa Belarus ərazisindən Polşaya uçub”, - Donald Tusk ölkə parlamentində çıxışında deyib. Polşa prezidenti Karol Navrotski isə bildirib ki, ölkə rəhbərliyi NATO müqaviləsi üzrə müttəfiqlərlə məsləhətləşmələri nəzərdə tutan 4-cü maddəsinin Polşanın hava məkanının pozulması ilə bağlı tətbiqini müzakirə edib. Lakin o, müzakirələrdən sonra qərarın qəbul edilib-edilmədiyini dəqiqləşdirməyib.
NATO: “Polşaya hücum olmayıb”
Navrotski, həmçinin yaranmış vəziyytlə bağlı Polşa Təhülkəsizlik Şurasının iclasını keçirmək niyyətində olduğunu açıqlayıb. - Polşada baş verənlər barədə tam məlumat alacağımız mesaj məni 48 saat ərzində Milli Təhlükəsizlik Şurasını çağırmağa vadar etdi. Görüş zamanı vəziyyətə adekvat reaksiya vermək üçün bütün lazımi məlumatlara malik olacağıq”, - prezident Navrotski vurğulayıb. O, NATO-nun baş katibi Mark Rütte və müttəfiqləri ilə əlaqə saxladığını vurğulayaraq, PUA-larla bağlı insidenti “alyansın tarixində görünməmiş hadisə” adlandırıb. Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri Slavomir Tsentskeviç, öz növbəsində, diqqətə çatdırıb ki, NATO Müqaviləsinin 4-cü maddəsinin tətbiqi ilə bağlı qərar ilk növbədə Polşanın baş naziri və alyansın tərəfdaşlarından asılıdır. Xatırladaq ki, bundan əvvəl Polşanın baş naziri Donald Tusk NATO-nun baş katibini Polşa səmasının “obyektlər” tərəfindən pozulması və onlara qarşı görülən tədbirlər barədə məlumatlandırdığını bildirib. Bununla belə, alyansdakı mənbə “Reuters” agentliyinə açıqlamasında NATO-nun son hadisəni Polşaya hücum kimi qiymətləndirmədiyini iddia edib. Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.