AZ

Azərbaycan klubunun baş məşqçisi yunanlardan üzr istədi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycanın "Sabah" basketbol klubunun və Litva milli komandasının baş məşqçisi Rimas Kurtinaytis Avropa çempionatının oyunu zamanı yunan jurnalistlərin suallarını cavablandırmaqdan imtina etdiyinə görə üzrxahlıq diləyib.
Oxu.Az xəbər verir ki, bu barədə Litva Basketbol Federasiyasının Mətbuat Xidməti məlumat yayıb.
"Litva millisinin baş məşqçisi Rimas Kurtinaytis baş verən anlaşılmazlığa görə üzr istəyir. Menecerimiz Linas Kleiza və komandanın kapitanı Yonas Valançyunas müsahibəyə tam hazır idilər".
Xatırladaq ki, Litva komandası Avropa çempionatının dörddəbir finalında Yunanıstana məğlub olaraq mübarizəni dayandırıb.
Seçilən
9
5
oxu.az

6Mənbələr