Bakı. Trend:
Böyük Britaniyada ilk dəfə bütün bir regionu əhatə edən“superuniversitet” yaradılacaq.
Trend BBC-yəistinadla xəbər verir ki, bu, Kent və Qrinviç universitetlərininbirləşməsi nəticəsində baş tutacaq.
Yeni ali təhsil müəssisəsi London və Cənub-Şərq UniversitetlərQrupu adlandırılacaq və 2026-cı ilin payızında başlayan akademikildən etibarən vahid rektorluqla fəaliyyət göstərəcək.
İngiltərənin ali təhsil tənzimləyicisi olan Tələbələr üzrə Ofis(OfS) bu addımı alqışlayıb və qeyd edib ki, iqtisadi çətinliklərləüzləşən digər universitetlər də oxşar variantları nəzərdən keçirəbilərlər. Hazırda İngiltərədəki universitetlərin təxminən 40faizinin maliyyə kəsiri ilə üzləşdiyi bildirilir.
Böyük Britaniyanın Təhsil Nazirliyi isə açıqlamasında nazirlərinbu kimi innovativ yanaşmaları dəstəklədiyini vurğulayıb. Yeniuniversitet mövcud kampuslarda fəaliyyətini davam etdirəcək. ArtıqMedvey şəhərində hər iki universitetin tələbələri kitabxana dadaxil olmaqla bir sıra obyektlərdən birgə istifadə edirlər.