AZ

Vinnitsada ingilis dili müəllimi iki məktəblini niyə öldürüb?

Vinnitsa vilayətinin Şarqorod şəhərində bir nəfər şəhər xəstəxanasının yaxınlığında iki məktəblini bıçaqlayaraq öldürüb.

Musavat.com ArbatMedia saytına istinadla xəbər verir ki, polis şübhəli şəxsi saxlayıb və "qəsdən adam öldürmə" maddəsi ilə cinayət işi açıb.

Faciə sentyabrın 10-da səhər saatlarında şəhər xəstəxanasının yaxınlığında baş verib. Şəhər meri Volodimir Baretskinin sözlərinə görə, yeniyetmələrə bıçaqlı şəxs hücum edib.

Polis ölənlərin yerli məktəbin 10 və 11-ci sinif şagirdləri olduğunu müəyyən edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hücumçu olduğu ehtimal edilən şəxsi saxlayıb. Hazırda bütün zəruri istintaq hərəkətləri həyata keçirilir, qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb.

Yerli Telegram kanalları hücumu yeniyetmələrin əvvəllər fikir ayrılığı olan ingilis dili müəllimi tərəfindən törədilə biləcəyini bildirir.

Musavat.com

Seçilən
11
musavat.com

1Mənbələr