Cənubi Koreyanın Pxaçu şəhərində ordu bazasında baş verən partlayış nəticəsində 7 nəfər yaralanıb.
Axar.az xəbər verir ki, bu barədə “Renhap” agentliyi məlumat yayıb.
“Partlayış hadisəsi sentyabrın 10-da saat 15:30 radələrində (Bakı vaxtı ilə 10:30) Pxaçu şəhərində yerləşən ordu bölməsində baş verib. İnsidentə səbəb təlim sursatının partlaması olub”, - məlumatda deyilib.