AZ

Fransa Daxili İşlər Nazirliyi həbs olunan etirazçıların sayını açıqlayıb

Fransanın daxili işlər naziri Bruno Retaillo Fransadakı etirazlar zamanı 200-dən çox adamın həbs edildiyini bildirib.

Editor.az bu barədə “Economie” ye istinadla yazıb.

O bildirib ki, vəziyyətin aradan qaldırılması üçün 50-yə yaxın tədbir görülüb. Paris Polis Departamentinin məlumatına görə, 200 həbsdən 132-si paytaxt və onun ətraflarında həyata keçirilib. Lionda daha beş nəfər həbs edilib.

Qeyd edək ki, sentyabrın 10-da Fransada “Hər şeyi kilidlə” şüarı ilə genişmiqyaslı etiraz aksiyaları keçirilir. Bu etirazlar Fransa xalqının hökumətin təklif etdiyi qənaət tədbirlərindən narazılıqları fonunda keçirilir.

Parisdə etirazçılar hökumətin təklif etdiyi qənaət tədbirlərindən narazılıqlarını bildirmək üçün başlatdıqları “Hər şeyi kilidlə” hərəkatı çərçivəsində küçələri bağlamağa və yanğınlar törətməyə başlayıblar.

//Gülnarə Abasova, Editor.az

Seçilən
29
editor.az

1Mənbələr