Bəs Aran təmsilçisi sentyabrın 13-də “Sumqayıt”ı Qubada qəbul edə biləcəkmi? Klub buna zəmanət verirmi? Sualı “İmişli”nin icraçı direktoru Aqşin Mürsəlova ünvanladıq:
“PFL gəldi baxdı. İşlər 90 faiz həll olunub. İnşallah, növbəti oyunu Qubada keçirəcəyik. Deyilən nöqsanlar böyük ölçüdə aradan qaldırılıb. Xırda problemlər qalıb, onlar da həllolunandı”.
MÜZƏFFƏR QULUZADƏ