AZ

“İmişli” Qubada oynayacağına zəmanət verir? - Aqşin Mürsəlovdan açıqlama

PFL-in təftiş qrupu Quba Olimpiya İdman Komitəsinə baş çəkdi, stadionun vəziyyəti ilə maraqlandı. Məlum oldu ki, “İmişli” təmir-yenilənmə işlərini tap bitirməsə də, xeyli iş görüb.

Bəs Aran təmsilçisi sentyabrın 13-də “Sumqayıt”ı Qubada qəbul edə biləcəkmi? Klub buna zəmanət verirmi? Sualı “İmişli”nin icraçı direktoru Aqşin Mürsəlova ünvanladıq:
“PFL gəldi baxdı. İşlər 90 faiz həll olunub. İnşallah, növbəti oyunu Qubada keçirəcəyik. Deyilən nöqsanlar böyük ölçüdə aradan qaldırılıb. Xırda problemlər qalıb, onlar da həllolunandı”.

MÜZƏFFƏR QULUZADƏ
Seçilən
74
1
football-plus.az

2Mənbələr