AZ

Sadır Japarov İsrailin Qətərə raket hücumlarını qınadı

BAKI, 10 sentyabr. TELEQRAF

Qırğızıstan Prezidenti Sadır Japarov İsrailin Qətərin paytaxtı Dohaya raket zərbəsi endirməsini qınayıb.

Teleqraf xəbər verir ki, bu barədə prezidentin sözçüsü Askat Alagözov sosial media hesabında yazıb.

“Bu hərəkətlər beynəlxalq hüququn prinsiplərini və BMT Nizamnaməsini pozur, həmçinin Qətər Dövlətinin ərazi bütövlüyü və suverenliyinə xələl gətirir”, - Qırğızıstan lideri bəyanatında bildirib.

Xatırladaq ki, İsrail ordusu dünən Qətərin paytaxtında HƏMAS liderlərinin sığınacağına zərbələr endirib.

Seçilən
27
teleqraf.com

1Mənbələr