Bakı, 10 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) və Macarıstanın Su Təsərrüfatı Baş İdarəsi arasında Anlaşma Memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, imzalanma mərasimi bu gün Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı - “Baku Water Week” (Bakı Su Həftəsi) çərçivəsində baş tutub.