Avropa Komissiyası (AK) Ukraynaya “Qualitative Military Edge” adlı yeni hərbi dəstək proqramının təşəbbüskarıdır.
Herbiand.az xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen çərşənbə günü, sentyabrın 10-da Strasburqda Avropa Parlamentində çıxış edərək bildirib.
Onuin sözlərinə görə, bu proqram Ukrayna silahlı qüvvələrinin potensialının gücləndirilməsinə investisiyaları stimullaşdıracaq.