AZ

Polşanın hava məkanına daxil olan PUA-lara cavab verildiyini açıqladı

NATO Polşanın hava məkanına bir neçə pilotsuz uçuş aparatının (PUA) daxil olduğunu və bu təxribatlara cavab verildiyini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

NATO sözçüsü Allison Hart verdiyi açıqlamada bildirib ki, gecə boyunca çox sayda PUA Polşa hava məkanını pozub.

Hart bildirib ki, Polşa və NATO hava hücumundan müdafiə sistemləri birgə şəkildə cavab tədbirləri həyata keçirib. 

O əlavə edib ki, NATO Baş katibi Mark Rutte bu məsələ ilə bağlı Polşa rəhbərliyi ilə daimi əlaqədədir və yaxın məsləhətləşmələr aparır.

Digər tərəfdən NATO Şurasının Brüsseldəki qərargahında keçirilən həftəlik iclasda bu məsələ müzakirə olunacaq.

Polşa tərəfindən verilən açıqlamada isə sözügedən PUA-ların Rusiyanın Ukraynadakı hədəflərə hücumu zamanı Polşa hava məkanını pozduğu bildirilib.

Seçilən
23
operativmm.az

1Mənbələr