Azərbaycan I Liqasında çıxış edən "Mingəçevir"in adı və loqosu dəyişib.
Moderator.az xəbər verir ki, bu barədə klubun Mətbuat Xidməti məlumat yayıb.
Klub bundan sonra "ASTA Mingəçevir" adlanacaq.
Xatırladaq ki, daha öncə "Şəki" klubu da ad və loqosunu dəyişdiyini elan etmişdi.
Qeyd edək ki, I Liqaya sentyabrın 11-də start veriləcək. "ASTA Mingəçevir" ilk oyununu sentyabrın 12-də səfərdə "Səbail"ə qarşı keçirəcək.
