AZ

Qazaxıstan və Özbəkistan neft yataqlarını birgə araşdıracaq

BAKI, 10 sentyabr. TELEQRAF

Özbəkistanın Astanadakı səfiri Bəxtiyor İbrahimov Qazaxıstanın “KazMunayQaz” Milli Şirkətinin İdarə Heyətinin sədri Asxat Xasenov ilə görüşüb.

Teleqraf xəbər verir ki, söhbət zamanı enerji təhlükəsizliyinin təmin edilməsi, karbohidrogen istehsalı və emalı sahələrində əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub.

Tərəflər sərhədyanı ərazilərdə birgə geoloji kəşfiyyat işlərinin aparılması, məlumat mübadiləsi və fəaliyyətlərin əlaqələndirilməsi prosedurlarını müəyyən ediblər.

Özbəkistanda perspektivli yataqların birgə araşdırılmasına hazır olduqları və bu istiqamətdə müntəzəm işgüzar dialoqun davam etdiriləcəyi bildirilib. Neft-kimya sahəsində əlavə dəyər zəncirinin inkişafına yönəlmiş əməkdaşlıq məsələləri də nəzərdən keçirilib.

Kaşkədərya rayonunda birgə müəssisələrin yaradılması və zəruri layihələrin sənədlərinin hazırlanması ilə bağlı fikir mübadiləsi aparılıb.

Seçilən
31
teleqraf.com

1Mənbələr