AZ

Yeni yaranmış şirkət nizamnamə kapitalını 1 milyon manat azaldır

BAKI, 10 sentyabr. TELEQRAF

“Beyləqan Anbar” MMC nizamnamə kapitalının azaldığını elan edib.

Teleqraf xəbər verir ki, bu barədə şirkət özü məlumat yayıb.

Belə ki, MMC-nin nizamnamə kapitalı 1 000 000 manat azaldılaraq 2 000 000 manata endirilib.

Şirkət bununla bağlı debitor və kreditorları xəbərdar edir. Qanunla kreditorların nizamnamə kapitalı azalan hüquqi şəxsin öhdəliklərinin xitam verilməsini və vaxtından əvvəl icra olunmasını və zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarının olması bildirilib.

Qeyd edək ki, MMC bu ilin fevral ayında dövlət qeydiyyatına alınıb və qanuni təmsilçisi Abdullayev Ziya Fikrət oğludur.

Seçilən
12
teleqraf.com

1Mənbələr