Bakı. Trend:
Cənubi Koreyanın ordu bazalarından birində baş verən partlayışnəticəsində 7 nəfər yaralanıb.
Trend Yonhapagentliyinə istinadən xəbər verir ki, partlayış sentyabrın 10-dasaat 15:30 radələrində (Bakı vaxtı ilə 10:30) Kenqido əyalətindəyerləşən hərbi hissədə baş verib.
İlkin məlumata görə, insidentə təlim sursatının partlaması səbəbolub. Hazırda yeddi nəfərin yaralandığı məlumdur.
Hərbçilər bildiriblər ki, baş verənlərin dəqiq səbəblərinimüəyyən etmək üçün araşdırma aparılır.