Futbol üzrə Azərbaycan milli komandasının kapitanı Emin Mahmudov DÇ-2026-nın seçmə mərhələsinin Ukrayna ilə oyunundan sonra (1:1) jurnalistlərin suallarını cavablandırıb.
Publika.az həmin müsahibəni təqdim edir:
– Fernandu Santuşun gedişindən sonra Ayxan Abbasov komandada nəyi dəyişdirdi?
– Bir günə çox şeyi dəyişə bilməzdi. Amma çalışdı ki, biz psixoloji olaraq rahat olaq. Oyunda taktiki baxımdan bəzi şeyləri dəyişdirdi. Biz də çalışdıq onun istədiyini yerinə yetirək.
– Millidə 15-ci qolu vuraraq Qurban Qurbanovun rekordunu yenilədin. Özünə necə təsir etdi?
– Buna görə qürur duyuram. Doğrudan da əziyyət çəkdim. Daha çox ətrafım, dostlarım və ailəm bunu gözləyirdi. Şükür ki, alındı. Əvvəldən də düşünürdüm ki, birinci növbədə komandaya xeyir verim. Pis nəticə olsaydı, qola çox sevinməyəcəkdim. İndi daha yaxşıdır.
– Bu qol həm özünün, həm də komandanın çıxışına təsir göstərə bilərmi?
– Sona kimi çalışacağam ki, özümü formada tutum. Bilmirəm, neçə il oynayacağam. Amma 1-2 il belə oynasam, özümü yaxşı formada saxlayaraq komandaya xeyir verməyə çalışacağam.
– Əslində 14 qol çox deyil. 21 il sonra bu rekordu yeniləyə bildin…
– Yarımmüdafiəçi üçün çoxdur. Dünyada da belədir, yarımmüdafiəçilər çox qol vurmur. Bəzən maraq üçün baxmışam, baxsanız, siz də görərsiniz ki, yarımmüdafiəçilər üçün 15 qol çox sayılır.
– Sən Qurbanovu 21 il sonra keçdin, bəs səni neçə ildən sonra keçə bilərlər?
– Bizdə hazırda belə oyunçular var, məsələn, Mahir Emreli, Toral Bayramov, Renat Dadaşov, Musa Qurbanlı və s. Sadəcə, bəzən bəxt də lazımdır. Məndə 1 ilə 7 qol alındı. Bir ildə hər şey dəyişə bilər.
– Bəs bu 15 qolun içərisində ən unudulmazı hansıdır?
– Əlbəttə ki, İsveçə vurduğum qol.
– Necə düşünürsən, dünya çempionatının seçmə mərhələsində bir xalın ardı gələcək?