Naxçıvan Muxtar Respublikasında Təcili Tibbi Yardım Xidmətinin fəaliyyətinin gücləndirilməsi, yeni briqadaların formalaşdırılması və maddi-texniki bazanın təkmilləşdirilməsi məqsədilə mühüm tədbirlər həyata keçirilib.
Marja.az xəbər verir ki, bu tədbirlər çərçivəsində Təcili Tibbi Yardım Xidmətinin müasir tələblərə cavab verən səviyyədə təşkili və xidmətin əhaliyə operativ göstərilməsi üçün bir sıra mühüm addımlar atılmış, köhnə təcili yardım avtomobillərinin daxili təchizatı yenilənib.
Yeni avadanlıqlar və zəruri tibbi ləvazimatların alınmasına 980 min manat vəsait ayrılaraq, ümumilikdə 22 adda avadanlıq və ləvazimat təmin edilmişdir. Alınan avadanlıqlar arasında süni tənəffüs cihazları, portativ aspiratorlar, ambulans üçün portativ aspiratorlar, baş üçün immobilizasiya yastıqları, boyunluqlar, pnevmatik şinalar dəsti, səyyar təzyiq ölçən cihazlar, stasionar təzyiq ölçən, tam təchizatlı təcili tibbi yardım çantaları, yanıq dəstləri, təcili doğum dəstləri, torakal drenaj seti, diaqnostik dəst, defibrilyatorlar və digər zəruri tibbi ləvazimatlar yer alır.