AZ

Səhiyyə Nazirliyi bu şirkətlə 3.6 milyonluq müqavilə bağladı

Səhiyyə Nazirliyinin tabeliyində olan “Səhiyyənin Təminat Mərkəzi” publik hüquqi şəxsi “Medsol” MMC-yə 3 597 054 AZN ödəyəcək.

 

Pravda.az-ın xəbərinə görə, bu, xəstəliklərin profilaktikası, diaqnostikası və müalicəsi üçün istifadə olunan müxtəlif tibbi ləvazimatların və sərfiyyat materiallarının alınması ilə əlaqədardır.

 

Xidmət ilin sonunadək davam edəcək.

 

Cabir

Tarix: 10 Sentyabr 2025, 14:09   
Seçilən
66
pravda.az

1Mənbələr