AZ

Şuşa və Laçın şəhərlərinə infotur təşkil edilib (FOTO/VİDEO)

Bakı. Trend:

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə DövlətKomitəsinin təşkilatçılığı, Şuşa və Laçın rayonlarında AzərbaycanRespublikası Prezidentinin xüsusi nümayəndəliliklərininin dəstəyiilə Şuşa və Laçın şəhərlərinə növbəti infotur təşkil olunub.

Komitədən Trend-ə bildiriblər ki, Böyük Qayıdışa dair I DövlətProqramının Tədbirlər Planının icrası çərçivəsində təşkil ediləninfoturda müxtəlif peşə sahibləri iştirak ediblər.

İnfotur iştirakçıları Şuşa və Laçın şəhərləri ilə tanış olub,burada həyata keçirilən bərpa və quruculuq işləri, yaradılanməşğulluq imkanları barədə ətraflı məlumatlandırılıblar. Bildirilibki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, bu şəhərlərdəgenişmiqyaslı yenidənqurma tədbirləri həyata keçirilir,infrastruktur bərpa olunur və burada yaşayan sakinlər üçün müasirşərait yaradılır. İnfotur çərçivəsində iştirakçılar Şuşa şəhərindətarixi və təbiət abidələri ziyarət edib, ora köçmüş ailələrinevlərinə qonaq olub, hədiyyələr təqdim ediblər. İştirakçılarhəmçinin, Laçın rayonunda prezidentin xüsusi nümayəndəliyindəqurumun rəsmiləri tərtəfindən qəbul edilib. Onlara müəssisələrinfəaliyyəti, iş şəraiti və əmək resurslarının idarə edilməsiprinsipləri barədə ətraflı məlumat verilib. Həmçinin, oraya köçmüşailədə qonaq olublar. İnfotur iştirakçıları səfərin faydalı vəmaarifləndirici olduğunu qeyd ediblər. Böyük Qayıdışa dair I DövlətProqramının Tədbirlər Planı çərçivəsində işğaldan azad edilmişdigər ərazilərə də infoturların təşkili davam etdiriləcək.

Şuşa
Şuşa
Şuşa
Şuşa
Şuşa
Şuşa
Şuşa
Şuşa
Seçilən
22
28
az.trend.az

10Mənbələr