AZ

Avropadan mesaj: Rusiyanı məğlub edə bilərik

BAKI, 10 sentyabr. TELEQRAF

“Avropa Rusiyaya qalib gəlməyə qadirdir”.

Teleqraf xəbər verir ki, bunu Böyük Britaniyanın Müdafiə Qərargahının keçmiş rəisi general Nik Karter deyib.

“(Ukraynada) Döyüş meydanının gələcəyini formalaşdıracaq texnologiyalar nümayiş etdiriləcək, amma əsas sual Avropanın onlardan istifadə etmək üçün iradə, sürət və koordinasiyaya sahib olub-olmayacağı ilə bağlıdır. İqtisadiyyatlarımız və texnoloji bazamız Rusiyadan üstündür və ittifaqlarımız heç kimdən geri qalmır. Dərhal hərəkətə keçmək qərarına gəlsək, Rusiyanı istənilən addımında məğlub edə bilərik. Sual budur: biz bunu etmək istəyirikmi?”, - general bildirib.

Seçilən
26
2
teleqraf.com

3Mənbələr