AZ

"Liverpul"un ulduzu klubun yeni müqavilə təklifindən imtina etdi - 3-cü dəfə

"Liverpul"un müdafiəçisi İbrahima Konate üçüncü dəfə klubu ilə müqaviləni yeniləməkdən imtina edib. 

Fanat.Az xəbər verir ki, informasiyanı "Marca" yayıb. 

Mənbənin məlumatına görə, fransız futbolçu artıq "Real"ın onu mövsümün sonunda heyətinə qatacağına dair zəmanət alıb. "Liverpul" da öz növbəsində ona azad agent kimi komandadan ayrılmasına icazə verib.

Futbolçunun "qırmızılar"la müqaviləsi 2026-cı il iyunun 30-da başa çatır.

26 yaşlı Konate bu mövsüm "Liverpul"da 4 oyun keçirib. Maraqlıdır ki, "Liverpul"un daha bir keçmiş oyunçusu - müdafiəçi Trent Alexander-Arnold bu yay azad agent kimi "Real Madrid"ə keçib.   

Mirağa

Seçilən
3
1
fanat.az

2Mənbələr