AZ

Rusiyada miqrant uşaqlarının cəmi 12,6 faizi məktəbə qəbul testindən keçə bilib

Moskva, 10 sentyabr, AZƏRTAC

Rusiyada məktəblərə qeydiyyatdan keçmək üçün müraciət edən miqrant uşaqlarının yalnız 12,6 faizi yoxlama testindən uğurla keçib.

AZƏRTAC xəbər verir ki, aprel-avqust aylarında sınaq testi üçün 23 616 ərizə təqdim edilib. Onların əhəmiyyətli hissəsi tam sənədlər paketi olmadan təqdim olunub və bu səbəbdən cəmi 8223 uşaq sınaq testinə buraxılıb. Nəticədə 5 940 nəfər test sınağında iştirak edib, cəmi 2 964 nəfər (testə qatılan uşaqların 50 faizi) müvəffəqiyyət qazanıb.

 
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Seçilən
69
azertag.az

1Mənbələr