AZ

Tədiyə balansının cari əməliyyatlar balansında ÜDM-in 6,3 faizi səviyyəsində müsbət saldo qeydə alınıb

Bakı, 10 sentyabr, AZƏRTAC

Cari ilin ötən dövründə həm nağd, həm də qeyri-nağd seqmentləri əhatə etməklə valyuta bazarında ümumi təklif tələbi üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin son 12 ayda 1,5 faiz bəndi azalaraq 2025-ci ilin avqustunda 29,3 faizə enməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir.

AZƏRTAC Mərkəzi Banka istinadla xəbər verir ki, valyuta bazarında tarazlığın əsas amili olan xarici sektor göstəriciləri əlverişli olaraq qalır. İlkin rəqəmlərə görə tədiyə balansının cari əməliyyatlar balansında 6 ay ərzində 2,3 milyard dollar məbləğində və ya ÜDM-in 6,3 faizi səviyyəsində müsbət saldo qeydə alınıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin 7 ayında da xarici ticarət balansının müsbət saldosu 1,6 milyard dollar təşkil edib. Mərkəzi Bankın 2025-ci və 2026-cı illərin yekunu üzrə tədiyə balansının cari hesabının profisitli olacağı ilə bağlı proqnozu dəyişməz qalır.

 

Seçilən
18
3
azertag.az

4Mənbələr