AZ

Prezident Yaradıcılıq Evinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Azərbaycan Yazıçılar Birliyinin Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına Yaradıcılıq Evində yaradılmış şərait barədə məlumat verib.

Bildirildi ki, Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən kompleksin ərazisi 3 hektara yaxındır. Burada “suite” və “standart” tipli olmaqla ümumilikdə 43 otaq var. Kompleksdəki 174 yerlik konfrans zalında müxtəlif tədbirlərin, o cümlədən yaradıcılıq gecələrinin, yazıçılarla görüşlərin və digər mədəni tədbirlərin keçirilməsi mümkün olacaq. Burada kinoteatr, kitabxana, qapalı, həmçinin açıq havada restoranlar, kafe, fitnes zonası da fəaliyyət göstərəcək. Eyni zamanda, futbol, tennis və uşaq oyun meydançaları da istirahət edənlərin ixtiyarına veriləcək.

İlham Əliyev Prezident Azərbaycan Yazıçılar Birliyi Səməd Vurğun Yaradıcılıq Evi açılış mərasimi Mikayıl Cabbarov İqtisadiyyat naziri Şüvəlan qəsəbəsi Xəzər rayonu konfrans zalı yazıçıların görüşü yaradıcılıq gecələri mədəni tədbirlər kinoteatr kitabxana restoran kafe fitnes zonası futbol meydançası tennis kortu uşaq oyun meydançası yaradıcı mühit 43 otaq 174 yerlik zal istirahət kompleksi
Seçilən
17
2
marja.az

5Mənbələr