AZ

2100-cü ilə qədər 250 milyon insanın su çatışmazlığı səbəbindən köçəcək - Rövşən Kərimov

Bakı. Trend:

Dünya üzrə 2100-cü ilə qədər 250 milyon insanın su çatışmazlığı,quraqlıq səbəbindən köçməsi proqonozlaşdırılır.

Trend xəbərverir ki, bunu Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutununaparıcı elmi işçisi Rövşən Kərimov Bakıda keçirilən 2-ci BeynəlxalqSu Təsərrüfatı Sərgi və Konfransında - “Baku Water Week”də (Bakı SuHəftəsi) çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanda da quraq ərazilər kifayət qədərçoxdur:

"Qısamüddətli quraqlıqlar insanların müəyyən vaxtdan sonra özyerlərinə qayıtmasına səbəb ola bilirsə, uzunmüddətli quraqlıqlardainsanlar əvvəlki yerlərinə qayıtmaq istəmirlər".

"Məsələn, hazırda ölkə üzrə Quba rayonundan köçlərin artmasıhalı müşahidə olunur. Orada apardığımız söhbətlər zamanı məlum olubki, insanların köçməsimin əsas səbəblərindən biri də həminərazilərdə suyun çatışmazlığıdır", - deyə R.Kərimov qeyd edib.

Seçilən
33
az.trend.az

1Mənbələr