AZ

Yasamalda kuryerlərdə 31 kq narkotik aşkarlanıb - VİDEO

Yasamalda
Yasamal rayonunda kuryerlərdən 31 kq narkotik vasitə aşkarlanıb. DİN-in Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin əməkdaşları kuryerliyə cəlb olunaraq narkotiklərin satışı və qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı əməliyyat keçirib. Növbəti tədbirlər zamanı 28 yaşlı Fəqan Məmmədov və 24 yaşlı Məhərrəm Həsənzadə saxlanılıblar. Onlardan ümumilikdə 31 kiloqram marixuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanıb.
Araşdırma zamanı saxlanılanların maddi qazanc əldə etmək məqsədilə şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları ilə cinayət əlaqəsi yaratmaları əldə olunan elektron məlumatlarla sübuta yetirilib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır. Polis əməkdaşları tərəfindən narkotiklərlə əlaqəli şəxslərin ifşa ediməsi istiqamətində mübarizə tədbirləri davam etdirilir.

Seçilən
29
21
1news.az

10Mənbələr