AZ

Azərbaycan və AAOIFI arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTOLAR

Azərbaycan Respublikası Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə İqtisadi Resursların Öyrənilməsi ictimai birliyinin icra etdiyi “Qаrаbağ və Şərqi Zəngəzurun dirçəldilməsinə “yaşıl sərmayə”nin cəlbi” layihəsi çərçivəsində Bəhreynin paytaxtı Manama şəhərində İslam Maliyyə Qurumları üçün Mühasibat və Audit Təşkilatının (AAOIFI) rəhbəri Omar Mustafa Ansari ilə görüş keçirilib.

QHT.az xəbər verir ki, görüşdə İRÖİB-in sədri i.f.d. Ruslan Atakişiyev ona layihənin məqsədi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonların investisiya potensialı barəsində geniş məlumat verib. O, bölgənin kənd təsərrüfatı, turizm, emal və tikinti materialları sənayesi üzrə böyük potensialının olmasına diqqət çəkərək sərmayəçilər üçün yaradılmış investisiya mühiti – vergi, gömrük, sənaye parkları - barəsində də danışıb.

Omar Mustafa öz növbəsində bildirdi ki, əgər, Qarabağın inkişafı üçün Körfəz ölkələrindən investisiya cəlb etməyə cəhd olunursa ilk növbədə Azərbaycanda İslam maliyyə mühitinin formalaşdırılmasına böyük ehtiyac vardır. Dövlət diqqətini ilk növbədə bu istiqamətdə qanunvericiliyin formalaşdırılmasına cəmləməlidir. Məhz bundan sonra Körfəz investorlarının regiona həm marağı həm də etimadı daha da artacaqdır.

Görüşdə hər iki qurum arasında Əməkdaşlıq Memorandumu bağlanmışdır.

Sonda xatirə şəkli çəkildi.

Seçilən
30
qht.az

1Mənbələr