AZ

La-Manş kanalında miqrant faciəsi - 3 nəfər öldü

Fransadan Böyük Britaniyaya keçmək istəyən miqrantları daşıyan qayıq Sanqatte sahillərində aşıb.


Manset.az-ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində üç miqrant ölüb, üç nəfər itkin düşüb.

Məlumata görə, qayıqda 38 nəfər olub. Ölənlərdən ikisi Vyetnamlı, biri isə Misirlidir.

Bildirilib ki, Böyük Britaniyaya 1000-dən çox miqrant çatıb. Hava şəraiti son günlər miqrantların La-Manş boğazını keçmə cəhdlərini artırıb. 2025-ci ildə bu yana 30 mindən çox insan Böyük Britaniyaya çatıb, bu ilin əvvəlindən isə 23 miqrant həyatını itirib.

Seçilən
80
manset.az

1Mənbələr